" Xocalı fəryadı " adlı anım tədbiri keçirildi

25 fevral 2023 - cü il tarixində məktəbin təşkilatçısı Ülviyyə Mənəfovanın rəhbərliyi ilə Xocalı soyqırımının 31 - ci ildönümünə həsr olunmuş " Xocalı fəryadı " adlı anım tədbiri keçirilib .

Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edildi . Şagirdlərin ifasında şeirlər səsləndi , səhnəciklər təqdim edildi . Xocalı faciəsinə həsr olunmuş videoçarx və qısa film izlənildi .

Tədbir iştirakçıları Vətənə sevgi , məhəbbət hissləri aşılamaq , məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədlərinə xidmət etdiyini bildirdilər .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi