" 6 c " sinif şagirdləri “ Beynəlxalq Ana dili Günü "nün yaranma tarixi haqqında məlumatlar verdilər

Ana Dili Günü münasibətilə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şəhla Dosiyevaın təşkilatçılığı və " 6 c " sinif şagirdlərinin iştirakı ilə tədbir təşkil olunmuşdur . Tədbir ənənəvi olaraq Azərbaycan Respublikasının himni ifa olunmaqla başladı . Şagirdlər “ Beynəlxalq Ana dili Günü "nün yaranma tarixi haqqında məlumatlar verdilər . Beynəlxalq ana dili ilə bərabər hər bir xalqın öz milli dilinin də mövcudluğu vurğulanaraq ,  Azərbaycan dili doğma dilimiz haqqında da fikirlər səsləndirildi . Azərbaycan dilinin keçdiyi tarixi keşməkeşli zamanlardan bu günümüzə qədər gəlmiş dövr ardıcıllığı və XX əsrin sonunda bərpa edilən Azərbaycan dövlətçiliyinin banisi Ümummilli lider Heydər Əliyevin öz doğma dilinə olan diqqət və qayğısı haqqında sitatlar səsləndirildi . Tədbir şagirdlərin təşkil etdiyi milli rəqslər , musiqilərin ifası və şeirlərin səsləndirilməsi ilə davam etdi .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi