Mirzə Ələkbər Sabirin 160 illik yubileyinə həsr olunmuş " Ağlar güləyən " adlı dəyirmi masa keçirilmişdir

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vüsalə Mehdiyevanın rəhbərliyi və " 5 ə " sinif şagirdlərinin iştirakı ilə Azərbaycan şairi , satirik , mütəfəkkir , ictimai xadim və müəllim olan Mirzə Ələkbər Sabirin 160 illik yubileyinə həsr olunmuş " Ağlar güləyən " adlı dəyirmi masa keçirilmişdir .

Müəllim məruzəsində klassik Azərbaycan ədəbiyyatında M . Ə . Sabirin xüsusi yeri olmasından , yaradıcılığının parlaq xüsusiyyətləri ilə heç kəsi xatırlatmayan , seçilən navator şair olmasından , ədəbiyyatımızın ictimai fikir çərçivəsini genişləndirməkdə , onu həyata , xalqın mübarizəsinə , mənəvi ehtiyaclarına yaxınlaşdırmaqda misilsiz xidmətlər göstərməsindən bəhs etmişdir .

Şagirdlər M . Ə . Sabirin satirik şeirlərindən nümunələr səsləndirmiş və hazırladıqları kiçik səhnəcikləri nümayiş etdirmişlər .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi