Sevinc Ənvərli şagirdlərə siqaret , narkotik vasitələr ,alkoqol və onların zərərləri haqqında söhbət açdı

Məktəbin fəaliyyət planına əsasən şagirdlərin dünyagörüşünün formalaşdırılması və məktəbliləri zərərli vərdişlərdən və zərərli informasiyadan qorumaq ,  bu istiqamətdə tədbirlərin gücləndirilməsi məqsədilə məktəbimizdə yuxarı sinif şagirdləri üçün maarifləndirilmə tədbirləri həyata keçirildi . Məktəbin həkimi Sevinc Ənvərli şagirdlərə siqaret , narkotik vasitələr ,alkoqol və onların zərərləri haqqında söhbət açdı , zərərli vərdişlərə və onlardan asılı vəziyyətə düşmənin səbəblərindən ,insan orqanizminə vurduğu ziyandan və ondan qurtulma yollarından danışdı . Mövzu ilə bağlı " 10 ç " sinif şagirdi Murad Gülverdiyev videoçarx nümayiş etdirdi və geniş məlumat verdi .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi