Əhməd Cavadın 130 ili ilə əlaqədar olaraq məktəbdə tədbir keçirilmişdir

Tədbirlər planına əsasən Əhməd Cavadın 130 ili ilə əlaqədar olaraq məktəbdə tədbir keçirilmişdir . Tədbirdə çıxış edən " 6 b " və " 7 c " sinfinin şagirdləri tərəfindən milli istiqlal şairi Əhməd Cavadın həyat və yaradıcılığı , çoxcəhətli fəaliyyəti haqqında məlumat verilmiş , şeirlər səslənmiş , sözlərinə bəstələnmiş mahnılar oxunmuşdur .

Azərbaycan dili və ədəbiyyat müəllimi Lalə Məmmədli Əhməd Cavadın çətin və keşməkeşli həyat yoluna nəzər salmış , geniş və çoxsahəli yaradılıcılığından söhbət açmışdır .

Tədbirdə " Vətənpərvər şair - Əhməd Cavad " adlı video film nümayiş etdirilmişdir .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi