" Yol hərəkəti qaydalarını öyrənirik " mövzusunda sinif təşkilat saatı keçirilib

15.11.2022 - ci il tarixində məktəbin ibtidai sinif müəllimi İlhamə Hüseynovanın təşkilatçılığı və " 1 c ” sinif şagirdlərinin iştirakı ilə " Yol hərəkəti qaydalarını öyrənirik " mövzusunda sinif təşkilat saatı keçirilib .

Məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə yol - nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi , eləcə də şagirdlərə yol hərəkəti qaydaları və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması olub .

Tədbirdə yol hərəkəti qaydalarını kiçik məktəb yaşlarından öyrənməyin və buna əməl olunmasının vacibliyi vurğulanıb , şagirdlərə yol nəqliyyat hadisələrinin törətdiyi ağır fəsadlar barədə ətraflı məlumat verilib . Şagirdlərin müxtəlif materiallardan hazırladıqları yol nişanları nümayiş etdirilib .

Maraqlı dərs üçün müəllim və şagirdlərimizə təşəkkür edirik !

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi