" Hüquqlarımız və vəzifələrimiz " adlı tədbir keçirildi

15 noyabr 2022 - ci il tarixində uşaq hüquqları aylığı çərçivəsində məktəbin " 4 a " , " 4 c " və " 4 r " sinif şagirdlərinin iştirakı ilə " Hüquqlarımız və vəzifələrimiz " adlı tədbir keçirildi . Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai - Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov , Xətai rayon Qeydiyyat Şöbəsinin müdiri Leyla Süleymanova , məktəb rəhbərliyi və müəllimlər iştirak edirdi . Şagirdlər mövzu ilə bağlı kompozisiyalar , səhnəciklər və viktorinalar təqdim etdilər .

Tədbirin keçirilməsində əsas məqsəd uşaqlara diqqətin artırılması , uşaq hüquqlarının müdafiəsi və təbliği , hüquq düşüncəsinin , hüquq mədəniyyətinin inkişaf etdirilməsi idi .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi