II Qarabağ müharibəsi şəhidi Paşayev Daşdəmir Əlizaman oğlunun anım günü keçirildi

II Qarabağ müharibəsi şəhidi Paşayev Daşdəmir Əlizaman oğlunun adını daşıyan sinifdə Nailə Paşayevanın və 9 b sinfinin təşkilatçılığı ilə tədbir keçirildi . Tədbirdə şəhidin anası , məktəb rəhbərliyi və müəllimlər iştirak etdilər . Şagirdlər vətənpərvərlik haqqında şeirlər söylədilər , şəhidin döyüş yolundan bəhs edən videotəqdimat izlədilər .

Qeyd edək ki , Paşayev Daşdəmir Füzuli uğrunda gedən şiddətli döyüşlərdə fəal iştirak etmiş , düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını sıradan çıxarmışdır . Qəhrəman komandir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından və qanından keçərək şəhid olmuşdur.Allah rəhmət eləsin .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi