Məktəbin şəhid məzunu Fuad Məmmədovun anım günü " 5 r " sinif şagirdləri ilə birlikdə tədbir təşkil etmişdirlər

21.10.2022 - ci il tarixi məktəbin şəhid məzunu Fuad Məmmədovun anım günüdür . Şəhidimizin əziz xatirəsini yad etmək üçün məktəbin " 5 r " sinif rəhbəri Günəş Əkbərova şagirdləri ilə birlikdə tədbir təşkil etmişdirlər . Tədbirdə məktəb rəhbərliyi , şəhidin ailə üzvləri və müəllim kollektivi iştirak edirdi . Şagirdlər tərəfindən vətənpərvərlik ruhunda şeirlər söyləndi , şəhidin həyatı və döyüş yollarından bəhs edən videoçarx izləndi .

Qeyd edək ki , Fuad Məmmədov Füzuli , Cəbrayıl və Xocavənd uğrunda döyüşlərdə iştirak edib . 21 oktyabr 2020 - ci ildə işğal olunmuş ərazilərin azad edilməsi üçün mübarizə apararkən cəbhənin Xocavənd istiqamətindəki döyüşdə həlak olub .

Allah şəhidlərimizə rəhmət etsin !

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi