Şagirdlərimiz Elvin Şükürlünün məzarını ziyarət ediblər

 28 sentyabr 2022 - ci il tarixində məktəbin hərbi rəhbəri Rəşad Bədəlovun rəhbərliyi ilə şagirdlərimiz Anım günü ilə əlaqədar Fəxri Xiyabanda Vətən müharibəsi şəhidi leytenant Elvin Şükürlünün məzarını ziyarət ediblər .

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev , YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə , C . Naxçıvanski adına Hərbi liseyin rəisi Rəşad İbrahimov , ehtiyatda olan hərbi ekspert polkovnik Şair Ramaldanov , Hüquq - mühafizə orqanlarının nümayəndələri , şəhidlərin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər . Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb . Hərbi Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib . Şəhidlərimizin ruhuna dualar oxunub , məzarları üzərinə əklil və tər güllər düzülüb .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi