Vətən müharibəsinin şəhidi Rəcəb Məmmədovun doğum günü münasibətilə anım tədbiri keçirilib

İyulun 22 - də Vətən müharibəsinin şəhidi Rəcəb Məmmədovun doğum günü münasibətilə Polad Həşimov küçəsində yerləşən Şəhidlər parkında anım tədbiri keçirilib .

Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri , şəhid anaları , məktəbin şagird və müəllim kollektivi iştirak etmişlər .

Dövlət himninin səsləndirilməsi və Şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə məktəbin şagirdlərinin təqdimatında Şəhid Rəcəb Məmmədovun xatirəsinə həsr olunmuş bədii hissə nümayiş olunmuşdur .

Daha sonra Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri çıxış edərək müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan nur üzlü Şəhidimizə Allahdan rəhmət diləmiş və təsəllimizin şəhidlərimizin qisasının alınması , parlaq qələbə ilə Azərbaycanın əzəli torpaqlarının düşmən tapdağından azad edilməsi olduğunu vurğulamışdır .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi