Şəhid Məmmədov Vüsal Qüdrət oğlunun doğum günü münasibətilə məktəbin " 3 ç " sinif şagirdlərinin iştirakı ilə anım tədbiri keçirilib

Şəhidimiz Məmmədov Vüsal Qüdrət oğlunun doğum günü münasibətilə məktəbin ibtidai sinif müəllimi Xalidə Şahbazovanın təşkilatçılığı və " 3 ç " sinif şagirdlərinin iştirakı ilə anım tədbiri keçirilib . Tədbirdə rayon İcra Hakimiyyətinin İctimai - Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov , Xətai Rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev , qazilər , şəhid anaları , şəhidin ailə üzvləri və məktəb rəhbərliyi iştirak ediblər .

Anım tədbiri Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsilə başlanıb , daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib .

Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndirmiş və maraqlı səhnəciklərlə çıxış ediblər .

Qeyd edək ki , Vüsal Məmmədov oktyabrın 12 - də Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb …

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi