“ Mənim gündəliyim ” adlı oxu və yaradıcılıq müsabiqəsinin məktəb mərhələsi başlandı

 “ Mənim gündəliyim ” adlı oxu və yaradıcılıq müsabiqəsinin məktəb mərhələsi başlandı .

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 11 fevral 2022 - ci il tarixli F - 61 nömrəli əmrinə əsasən məktəbin kitabxanasında " Mənim gündəliyim " adlı oxu və yaradıcılıq müsabiqəsində münsiflər heyəti tərəfindən şagirdlərin gündəliklərinə baxış keçirilib . Müsabiqənin keçirilməsinin əsas məqsədi şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi , oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi , Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məlumatlılıq səviyyəsinin artırılmasından ibarətdir .

Müsabiqədə I - II sinif şagirdləri iştirak edib . Şagirdlər Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərini oxuyaraq , gündəlik hazırlayıblar . Ən yaxşı işlər seçilərək şəhər mərhələsinə göndəriləcəkdir .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi