" Hidrogenin təbiətdə alınması və yayılması " mövzusunda açıq dərs keçirildi

 30.04.2022 - ci il tarixində məktəbin metodbirləşmə rəhbəri Sənubər Axundova kimya fənnindən " 7 b " sinfində " Hidrogenin təbiətdə alınması və yayılması " mövzusunda açıq dərs keçmişdir . Dərs zamanı video slaydlar , kimyəvi reaksiyalar və qrup işləri nümayiş etdirilmişdir . Müəllim geniş məlumat verərək hidrogenin təbiətdə sərbəst halda deyil , ancaq birləşmələr şəklində yayıldığını , suyun kütləsinin ~11% - ni təşkil etdiyini vurğulamışdır . Həmçinin bütün üzvi birləşmələrin tərkibində hidrogen elementi vardır . Yer qabığında ( atmosfer , biosfer və hidrosferdə ) olan elementlərin ümumi kütləsinin 0 , 88 % - i hidrogenin payına düşür . Bununla belə , hidrogen kainatda ən çox yayılmış element hesab olunur . Günəşin təqribən 50 % - i və ulduzlar , əsasən , hidrogen elementindən ibarətdir .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi