Məktəbimizdə təlimlərə start verildi

Məktəbimizdə təlimlərə start verildi .

Məktəb rəhbərliyi tərəfindən metodbirləşmə işinin optimallaşdırılması və dərslərin tədrisinin keyfiyyətli təşkili istiqamətində metodbirləşmə rəhbərləri və məktəbin fəal müəllimlərinə təlimlər təşkil olunmuşdur . Təlimin təlimçisi bu istiqamətdə peşəkar təlimçi , metodist və eyni zamanda məktəbin müəllimi İlahə Həmidova olmuşdur .

Təlimlər vasitəsi ilə hər fənn kafedrası üzrə mentor müəllimlər hazırlanacaq . Müvafiq fənlər üzrə hazırlanmış mentor müəllimlər aid olduqları kafedra müəllimlərinin dərslərinin keyfiyyətli təşkilinə nəzarət edəcək və çatışmazlıqların aradan qaldırılması üçün fəaliyyətlər təşkil olunacaqdır . Proses məktəbin fəaliyyət planına daxil edilərək icra tarixi 2022 - aprel 2023 - cü il nəzərdə tutulmuşdur .

09.04.2022  - ci il aprel təlimlərin ilk günü idi . Müəllimlər təlimdə olduqca aktiv və həvəslə iştirak etdilər .

Növbəti həftələrdə təlimin nəticəliyi yoxlanılması istiqamətində dərs dinləmələr ediləcək .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi