" Təhsildə 3 D texnologiyalarinin Tətbiqi " layihəsinin məhsulu şagirdlər arasında nümayiş edildi

" Texnalogiya və istifadəçilər " adli layihəmiz davam edir .

8 aprel tarixində muəllim olaraq fəaliyyət gostərdiyim 221 sayli məktəbdə texnologiyanin insan həyatindaki rolu və vəzifəsi istiqamətində layihə qərarlarının yekun müzakirəsi oldu . Bu dəfə texnologiyanin insan həyatinda təklif etdiyi müsbətyönümlü xidmətlərindən də bəhs etdik . Bəhs etməklə kifayətlənməyib bəzi texnaloji avadanliqlarla da əyani tanis olduq .

Şagirdlərin üzlərindəki maraq və sevinc görülməyə dəyərdi .

Bakı şəhəri 7 nomrəli məktəbin direktoru Könül Təhməzovanın lahiyəsi olan , mənim də eksperti olduğun , " Təhsildə 3 D texnologiyalarinin Tətbiqi " layihəsinin məhsulu VR avadanlıqlarını məktəbimizə gətirərək həm də məktəblərarasi əməkdaşlığa təkan vermiş olduq . 7 saylı məktəbin informatika müəllimi İlahə müəllim də məktəbimizə gələrək bu avadanlıqların iş prinsipini şagirdlərin diqqətinə çatdırdı .

Şagirdlərin təklifi ilə hazırlanan posterlər müzakirəyə çıxarıldı . Posterlərdə hər yaş kateqoriyası üzrə " Texnoloji Məsləhətlər " toplanaraq qeydə alındı . Yaxın günlərdə layihənin davami olaraq posterlər ictimai fəaliyyətlə təqdim edilməsi planlaşdırılır .

8 apreldə reallaşdırdığımız bu fəaliyyəti isə Təhsil Tv lentə aldı . Yaxın vaxtlarda nümayişə təqdim ediləcəkdir .

Bu kimi fəaliyyətlərin təşkili üçün tərəfindən bütün köməkliyini bizdən əsirgəməyən məktəb rəhbərimiz Gunel xanima  şagirdlər və öz adımdan dərin minnətdarlığımı bildirirəm .

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi