" 4 b " sinif şagirdlərinin iştirakı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirildi

Bakı Şəhəri Təhsil İdarəsi tərəfindən keçirilən " Bahar çələngi " layihəsinə əsasən martın 18 - də məktəbin ibtidai sinif müəllimi Zülfiyyə Qənbərovanın təşkilatçılığı və " 4 b " sinif şagirdlərinin iştirakı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib . Tədbirdə məktəb rəhbərliyi , müəllim , şagird kollektivi və valideynlər iştirak edib . Şagirdlərin rəngarəng çıxışları , qızların haxışta söyləməsi , qədim adət - ənənələrimizi əks etdirən səhnəciklər göstərilməsi qonaqların diqqətini çəkib . Novruz şənliklərinin əsas personajları olan Kosa və Keçəl səhnəyə gələrək öz məzəli oyunlarını nümayiş etdiriblər . Kosa ilə Keçəlin duzlu - məzəli çıxışları tədbir iştirakçılarında ruh yüksəkliyi yaradıb , tədbirə xoş abu - hava bəxş edib .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi