“ Bizim böyük Qələbəmiz ” adlı tədbir keçirildi

 17.03.2022 - ci il tarixində məktəbimizdə “ Bizim böyük Qələbəmiz ” adlı tədbir keçirildi . Tədbirdə Bakı Şəhər icra Hakimiyyəti ilə “ Regional ikişaf ” ictimai birliyinin birgə hazırladığı “ Bizim böyük Qələbəmiz ” adlı kitabın təqdimatı oldu .

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Lalə Məmmədlinin təşkilatçılığı ilə "  6c " sinif şagirdlərinin ifasında işğaldan azad olunmuş torpaqlarımıza , 44 günlük müharibədə qəhrəmanlıq göstərən igidlərə həsr olunmuş şeir , mahnı və rəqslər nümayiş etdirildi . Tədbirdə çıxış edən Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov , İbrahimov Məhəmməd Xətai rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini , Gənclər və İdman İdarəsinin əməkdaşı Tural Əhmədli , məktəbin direktoru Günel Səmədova , təlim - tərbiyə işləri üzrə direktor müavini Bədəl Hüseynli şagirdlərin çıxışını yüksək qiymətləndirdilər .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi