12.02.2022 - ci il tarixində pedaqoji şura keçirildi

 12.02.2022 - ci il tarixində məktəbin fəaliyyət planına uyğun olaraq 2021 - 2022 - ci tədris ilinin

I yarımilinin yekunlarına həsr olunmuş pedaqoji şura keçirildi . İlk olaraq məktəbin direktoru Günel Səmədova çıxış edərək gündəlikdə olan məsələlər haqqında müəllimləri məlumatlandırdı . İclasda I yarımilin yekunları müzakirə edildi . Buraxılış imtahanlarında nəzərdə tutulan Azərbaycan dili , Riyaziyyat və İngilis dili fənlərindən keçirilən böyük summativ qiymətləndirmənin nəticələri müzakirə edildi . Zəif nəticə göstərən şagirdlərlə işin təşkili barədə müəyyən məsləhətlər verildi . Bununla yanaşı 2021 - 2022 - ci dərs ilinin birinci yarımilində məktəbin və şagirdlərinin qazandığı nailiyyətlər pedaqoji heyyətin nəzərinə çatdırıldı .

IX və XI siniflər buraxılış imtahanlarına hazırlıq , şagirdlərin Respublika fənn olimpiadalarının final turuna hazırlığı və digər məsələlər müzakirə edildi . Direktor müavinlərinin birinci yarımilin nəticələrinə dair hesabatları dinlənildi . Pedaqoji şura cari məsələlərin müzakirəsi ilə işini yekunlaşdırdı .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi