Mübariz İbrahimovun doğum gününə həsr olunmuş “ dəyirmi masa ” keçirilib

 Məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi Vəfa Quliyevanın rəhbərliyi ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum gününə həsr olunmuş “ dəyirmi masa ” keçirilib .

Tədbirin keçirilməsində əsas məqsəd gənc nəsli vətənpərvər ruhda tərbiyə etmək , gələcəyimiz olan şagirdlərə tariximizi mənimsətmək və vətən uğrunda şəhid olanları tanıtmaq olub .

Masa ətrafında toplaşanlar Mübariz İbrahimovun şərəfli ömür yolundan danışıblar . Qeyd edilib ki , o , əsl cəngavər kimi 5 saat ermənilərlə təkbaşına döyüşüb və qəhrəmanlıqla həlak olub . Vətən , torpaq sevgisi , vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaldıb . Vurğulanıb ki , Azərbaycan Respublikasının Prezidenti , Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamına əsasən Mübariz İbrahimov ölümündən sonra “ Azərbaycanın Milli Qəhrəmanı ” adına layiq görülüb .

Sonda Milli Qəhrəmana həsr olunmuş videoslayd göstərilib .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi