" Şəhidlər " parkında şəhid Şükürlü Elvin Azad oğlunun il dönümü ilə bağlı tədbir keçirildi

 25.01.2022 - ci il tarixində Polad Həşimov küçəsində yerləşən " Şəhidlər " parkında şəhid Şükürlü Elvin Azad oğlunun il dönümü ilə bağlı tədbir keçirildi . Tədbirdə İcra Hakimiyyəti nümayəndələri , şəhidin ailə üzvləri , məktəbin müəllim kollektivi və 3 a , 3 ç , 3 e sinif şagirdləri iştirak etdi . Şəhidin əziz xatirəsi yad edildi , şagirdlər tərəfindən vətənpərvər şeirlər və musiqilər səsləndi .

Elvin Şükürlü 27 sentyabr 2020 - ci ildə başlayan Vətən müharibəsində iştirak edib . Murovdağ uğrunda gedən döyüşlərdə itkin düşmüşdü . 2021 - ci il yanvar ayının 22 - də 2 - ci Fəxri Xiyabanda dəfn olunmuşdur .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi