" Adjectives describing pets " mövzusunda açıq dərs keçirildi

  İngilis dili fənn aylığı çərçivəsində açıq dərslərə start verildi . İlk nümunəvi dərs məktəbin müəllimi Pərvanə Səmədovanın rəhbərliyi ilə 6 " c " sinfində " Adjectives describing pets " mövzusunda keçirildi . Dərs zamanı oxu , yazı , dinləmə və danışıq məzmun xəttlərinin hər biri reallaşdırıldı , şagirdlər işçi vərəqlərində iş zamanı verilmiş mətndən sifətləri və məntin ən doğru başlığını seçdi , sifətlərin antonimlərini yazdılar . Dərs zamanı şagirdin biliyinin dərinliyi ilə yanaşı sürəti , qərarlılığı və diqqətini inkişaf etdirən , qiymətləndirməyə imkan verən True / False oyunundan istifadə edildi . Dərsin sonunda oxu bacarıqlarını inkişaf etdirmək üçün şagirdlərə dərsdə aktiv iştiraklarını qiymətləndirmək məqsədi ilə uşaq ədəbiyyatı nümunələri təqdim edildi .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi