Narkomaniyaya qarşı siniflərdə söhbətlərin aparılması

 Narkomaniya və alkoqolizm meyllərinin , hüquq pozuntularının və cinayətkarlıq hallarının qarşısının alınması istiqamətində məktəbin fəaliyyət planına əsasən şagirdlərlə maarifləndirici söhbət aparıldı . Məktəbin həkimi Sevinc Ənvərli və Uşaq Birliyi Rəhbəri Günay Əsgərovanın iştirak etdiyi söhbətlərdə narkomaniyanın törətdiyi fəsadlara toxunuldu , onun insan həyatı üçün necə təhlükə mənbəyi olduğu iştirakçıların diqqətinə çatdırıldı . Həkim çıxışında narkotikin insan orqanizminə , sağlamlığına , mənəviyyatına vurduğu zərərlərdən , narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlərdən , həyata keçirilən profilaktik tədbirlərdən danışdı , bu dəhşətli bəlanın yayılmasının qarşısının alınması üçün hamılıqla mübarizə aparılmasının vacibliyini önə çəkdi .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi