" Həmrəylik Günü " münasibətilə kitabxanada dəyirmi masa keçirmişdir

 30.12.2021 - ci il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vəfa Quliyeva " 10 d " sinif şagirdlərinin iştirakı ilə " Həmrəylik Günü " münasibətilə kitabxanada dəyirmi masa keçirmişdir . Tədbirdə kitabxana müdiri Sevda Atayeva , kitabxanaçı Rəşidə Qənbərova , Uşaq birliyi rəhbəri Günay Əsgərova , təlim - tərbiyə işləri üzrə direktor müavini Bədəl Hüseynov da iştirak etmişdir . Şagirdlər dünya azərbaycanlılarının Həmrəylik Gününün yaranma tarixindən , əhəmiyyətindən danışıb , qeyd ediblər ki , 1991 - ci ildə ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının birliyinin əhəmiyyətini nəzərə alaraq , 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi elan etmişdir . Bu tarix dünya azərbaycanlılarının birliyinin möhkəmlənməsində mühüm rol oynayıb .

Daha sonra tədbir müxtəlif çıxışlar və təbriklərlə davam edib .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi