Nizami Gəncəvi adına Mili Ədəbiyyat Muzeyinə Virtual səyahət etdilər

Məktəbin müəllimi İlahə Həmidova 6 və 8 - ci sinif şagirdləri ilə Nizami Gəncəvi adına Mili Ədəbiyyat Muzeyinə səyahət etdilər . Səyahət iştirakçıları virtual olaraq muzeydə sərgilənən dəyərli sənət əsərləri və onların tarixi haqqında maraqlı məlumatlar ilə tanış oldular . Səyahəti bitirdikdən sonra səyahətdə şagirdlərin əldə etdikləri biliklərini qiymətləndirmə məqsədi ilə şagirdlərə Wordwall alətində hazırlanmış oyun əsaslı suallar təqdim olundu . Səyahətdə gördüklərini ən çox mənimsəyən və qalib olan şagird 6 - cı sinifdən Osmanlı Nəzrin oldu . Tədbirdə məktəb direktoru Günel Səmədova və Bakı Şəhəri üzrə Təhsil İdarəsi nəzdində Təlimə Dəstək Mərkəzinin metodisti , Koreya və Azərbaycan Təhsil Nazirliyinin  birgə əməkdaşlığı ilə keçirilən təlimin " Master Müəllimi " eləcə də Futuclass networkun Azərbaycan nümayəndəliyinin direktor müavini Çinarə Cəbrayılova da və məktəbin müəllimləri iştirak etdi . 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi