" Əyləncəli riyaziyyat " adlı yarışma Virtual olaraq keçirildi

  Aprel ayında keçirilən riyaziyyat fənn aylığının yekunu olaraq məktəbin riyaziyyat müəllimi Nailə Paşayeva 7 " b " sinif şagirdləri ilə birlikdə " Əyləncəli riyaziyyat " adlı yarışma təşkil etmişdir . Yarışma məktəbin bütün 7 - ci sinif şagirdləri arasında keçirildi . Şagirdlər maraqla suallara cavab verərək həm əyləndilər , həm də riyazi və İKT bacarıqlarını nümayiş etdirdilər . Sevindirici haldır ki , şagirdlərimizin çoxu cəld hesablamalar aparmaqla Nizami Gəncəvinin 800 illik yubileyinə və Vətən müharibəsinə aid sualları düzgün cavablandırdılar . Yarışmanın sonunda ilk üç yeri tutan qaliblər elan olundu və bütün iştirak edən şagirdlər alqışlandılar . 

   Məqsədimiz şagirdlərimizin bilik və bacarıqlarını nümayiş etdirmək idi . Təşkil olunmuş yarışma məktəb rəhbərliyi və müəllimlər tərəfindən çox bəyənilərək yüksək qiymətləndirildi . 

    Yarışmanın keçirilməsinə göstərdikləri dəstəyə görə fənn müəllimi Nailə Paşayevaya , metodbirləşmə rəhbəri Aynurə Şəkərovaya və 7 " b " sinif şagirdlərinin valideynlərinə təşəkkür edirik .  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi