" Yol hərəkəti qaydalarını öyrənirik " mövzusunda sinif təşkilat saatı keçirilib

Fevralın 19 - da məktəbin ibtidai sinif müəllimi Arzu Mehrəliyevanın təşkilatçılığı ilə 2 " a " sinif şagirdlərinin iştirakı ilə " Yol hərəkəti qaydalarını öyrənirik " mövzusunda sinif təşkilat saatı keçirilib . 

  Məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə yol - nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində prafilaktik tədbirlərin gücləndirilməsi , eləcə də şagirdlərə yol hərəkəti qaydaları və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması olub . 

   Tədbirdə yol hərəkəti qaydalarını kiçik məktəb yaşlarından  öyrənməyin və buna əməl olunmasının vacibliyi vurğulanıb , şagirdlərə yol nəqliyyat hadisələrinin törətdiyi ağır fəsadlar barədə ətraflı məlumat verilib .Şagirdlərin müxtəlif materiallardan hazırladıqları yol nişanları nümayiş etdirilib . 

Maraqlı dərs üçün Arzu Mehrəliyeva və şagirdlərimizə təşəkkür edirik !  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi