" Virusla mübarizədə qalibəm " devizi altında psixoloji sorğu aparılmışdır

Məktəbin psixoloqu Afaq Məmmədova onlayn olaraq şagirdlərlə görüş təşkil etmişdir . Birinci siniflərdə şagirdlərlə psixoloji test keçirərək incə motorikanın yəni şagirdlərdə əllərin inkişafını , qələm tutmalarını , şagirdlərin özlərini dərk etmə , tanımaları haqqında naxışvari formalar , pandemiya dövründə gigiyenik qaydalara necə riayət etməliyik mövzusunda sorğu keçirtdi . Şagirdlər başa düşdüyü kimi sorğuda iştirak etdilər . Nəticə onu göstərir ki , şagirdlər çalışdığı kimi gigiyenik qaydalara riayət etməyə çalışırlar . 

 V siniflərdə təhsil alan şagirdlərin yeni müəllimlərə uyğunlaşmasını müəyyənləşdirmək idi . Şagirdlərlə qrup şəklində psixoloji sorğu təşkil olunmuşdur  və " Şəhidlər ölməz , Vətən bölünməz " devizi altında Vətənpərvərlik mövzusunda esse yazı müsabiqəsi təşkil olunmuşdur . Onlar Vətəni necə sevdiklərini əsgərlərimizin qəhrəman kimi cəbhədə vuruşduqları haqqında öz fikirlərini yazmışdılar . Siniflərdə həmçinin pandemiya mövzusunda  " Virusla mübarizədə qalibəm " devizi altında psixoloji sorğu aparılmışdır .    

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi