" Tabeli mürəkkəb cümlələrin tərkib hissələrini bağlayan vasitələr " mövzusunda açıq dərs keçirildi

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şəhla Dosiyeva 9 fevral tarixində 9 " a " sinfində " Tabeli mürəkkəb cümlələrin tərkib hissələrini bağlayan vasitələr " mövzusunda açıq dərs keçirmişdir . Dərs Bülbülün ifasında məşhur " Sənsiz " romansının dinlənilməsi ilə başladı . Dərsdə Nizami Gəncəvinin əsərləri , onların mövzu və ideyası haqqında şagirdlər yığcam məlumat verdilər . Mövzunun öyrənilməsində istifadə olunan bütün tabeli mürəkkəb cümlələr " Xəmsə " dən seçilmişdi . Şagirdlər şairin əsərlərindən parçaları əzbər söyləyir , bağlayıcı vasitələri qeyd edirdilər . Şagirdlərin hazırlıq səviyyəsi dərsi dinləyən müəllimlər tərəfindən yüksək qiymətləndirildi . 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi