29 . 12. 2020 - ci il tarixində " Qarabağa salam " adlı vebinar təşkil edildi

  221 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimləri 29 . 12. 2020 - ci il tarixində " Qarabağa salam " adlı vebinar təşkil etdilər . Tədbirdə məktəb rəhbəri Günel Səmədova , təlim - tərbiyə işləri üzrə direktor müavini Arzu Mehrəliyeva , məktəbin şəhid şagirdlərimizin ailə üzvləri - şəhid Elvin Kazımov , şəhid Fuad Məmmədov , şəhid Rəcəb Məmmədovun valideynləri , məktəbin qaziləri - Ramin Tağıyev , Pərviz Hüseynov , Yusif Niyazov , şagird və müəllim kollektivi iştirak etmişdirlər . 3 " d "  sinif şagirdləri şəhid Elvin Kazımovun ailəsində qonaq olaraq vebinara qoşulmuşdurlar . Tədbirin məqsədi şagirdlərimizə Vətənin şəhid və qəhrəman oğullarını tanıtmaq , Qarabağın gözəl şəhər və kəndlərini , abidələrini , sərvətləri haqqında məlumat vermək idi . Şəhid analarının çıxışı , müəllimlərinin öz şagirdləri haqqında söylədikləri xatirələr göz yaşları ilə dinlənildi . 

   Qazilərimiz çıxışlarında " Qələbə " yə görə Ali Baş Komandan Və Azərbaycan ordusunun mərd , igid oğullarına təşəkkür etdilər . Məktəbin hərbi rəhbəri Rəşad Bədəlov və tədbirdə iştirak edən müəllim və şagird kollektivi şəhid ailələrinə , qazilərimizə öz təşəkkürlərini bildirdilər . 

   Məktəbin direktoru Günel Səmədova " Qələbə " mizin şəhid və qazilərimizin , qorxmaz oğullarımızın canı , qanı bahasına qazandığımızı bir daha vurğuladı .  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi