" Qarabağa Virtual səyahət "

   Qürur yerimiz , düşmən işğalından yenicə azad olmuş doğma Qarabağımız öz gözəlliyi , yeraltı və yerüstü sərvətləri ilə hər yerdə məşhurdur . Bənzərsiz iqlimi ilə Qafqazın yaraşığı olan Qarabağ tarixi , dini  və müasir abidələrlə zəngindir . 6 " d " sinif şagirdləri doğma torpaqlara Virtual səyahət edərək orada yerləşən respublika və dünyamiqyaslı abidələrlə bir daha tanış oldu . Əfsus ki , erməni vandalları işğal altında olduğu müddətdə Qarabağ torpaqlarını dağıtmış , viran qoymuşdular . Lakin bu torpaqlara artıq həyat qayıdıb . Ali baş Komandanımız cənab İlham Əliyevin imzaladığı fərmana əsasən işğaldan azad olunmuş torpaqlarda genişmiqyaslı tikinti və bərpa işlərinin görüləcəyi nəzərdə tutulub . Biz əminik ki , Qarabağımız tezliklə gülüstana çevriləcək və vətəndaşlarımız öz doğma ata - baba ocaqlarında xoşbəxt yaşayacaqlar .  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi