Məktəbin şagirdi olmuş Kapitan Elvin Kazımov Şəhidlik zirvəsinə ucalmışdır

  221 nömrəli tam orta  məktəbin şagirdi olmuş Kapitan Kazımov Elvin Ədalət oğlu 03 . 12 . 1987 - ci ildə Bakı şəhərində anadan olmuşdur . 06 . 10 . 2020 - ci il tarixində Qarabağda erməni işğalçılarına qarşı həyata keçirilən anti - terror əməliyyatlarında iştirak etmişdir və Tərt ər rayonun Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək kəndi almış və orada da şəhid olmuşdur . 2016 - cı ildə də Aprel döyüşlərində iştirak etmişdir . 2018 - ci ildə " Qüsursuz Xidmətlərinə " görə medal ilə təltif edilmişdir . Kapitan Elvin Kazımov  özünü tərbiyəli , qayğıkeş və səmimi insan kimi tanıtmış hamının sevimlisinə çevrilmişdir . Yerli sakinlər Vətənə və Dövlətinə ürəkdən bağlı olan , daim yurd təəssübü çəkən bir Zabit kimi onunla hər zaman qürur duymuş , məhz belə hərbiçilərimizin sayəsində torpaqlarımızın yağı tapdağından azad ediləcəyinə inanmışlar .

Nur içində yat , Şəhidim !  Vətən sizi kimi igidlərlə fəxr edir ! 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi