" Qarabağ Azərbaycandır " mövzusunda onlayn tədbir keçirildi

   28 . 11 . 2020 - ci il tarixində 221 nömrəli tam orta məktəbin 2 " a " sinfinin müəllimi Arzu Mehrəliyeva və 2 " c " sinfinin sinif rəhbəri Elnarə Cəbiyeva , məktəbin müəllim heyəti və şagirdlərinin iştirakı ilə " Qarabağ Azərbaycandır " mövzusunda onlayn tədbir keçiriblər . Təşkil olunan tədbirdə 27 sentyabr tarixdən etibarən möhtərəm Ali Baş Komandanımızın rəhbərliyi ilə Müstəqil Azərbaycanın müzəffər ordusu ən yeni tarixinin şanlı səhifələrinin yazıldığı barədə danışılıb . Şagirdlər işğaldan azad olunan torpaqlar haqqında məlumat verərək Vətən uğrunda şəhid olan əsgərlərimizi də unutmadılar . Çıxışlarında  Vətənə sadiq olacaqlarına , Vətəni qoruyacaqlarına , təhsillərini uğurla başa vuracaqlarına hərbi and içdilər . 

   Tədbirin sonunda məktəb direktoru Günel Səmədova maraqlı tədbir hazırladıqları üçün müəllim və şagirdlərə təşəkkürünü bildirdi . Qələbə münasibəti ilə şagirdləri və məktəb kollektivini təbrik etdi .  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi