28 . 11. 2020 - ci il tarixində Pedaqoji Şuranın iclası keçirildi

       28 . 11. 2020 - ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16. 11. 2020 - ci il tarixli F - 512 nömrəli  , BŞTİ - nin 24. 11. 2020 - ci il tarixli F - 233 nömrəli əmrini pedaqoji kollektive çatdırmaq məqsədi ilə 221 nömrəli tam orta məktəbin kollektivi ilə Pedaqoji Şuranın iclası keçirilmişdir . Pedaqoji heyət Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında Təhsil Nazirliyinin 2020 - 2021 - ci il tədris ili üçün Fəaliyyət planının icrası ilə bağlı fənn metodbirləşmələrində iş bölgüsünün aparılma qaydaları ilə tanış edildi . İclasın əsas müzakirə predmetlərindən biri tədris planları üzrə dərslərin distant tədrisinin statistikası idi . İclas iştirakçılarının təklif və tövsiyyələri dinlənildi , gündəlikdə əksini tapan bir sıra məsələlərin müzakirəsi aparıldı və qərarlar qəbul edildi . 

     İclasın sonunda  məktəbin direktoru Günel Səmədova Şanlı Qələbə münasibəti ilə bütün iclas üzvlərini təbrik etdi , döyüşlərdə şəhid olan əsgərlərimizin ruhuna rəhmət diləndi .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi