1997-ci ildən pedaqoji fəaliyyətlə məşğul olur. AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının 05.04.2013-cü il tarixli Qərarı ilə (protokol № 09-k) Hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. "Siyasi hüquqların Avropa İnsan hüquqları Məhkəməsində müdafiəsi" mövzusunda Dissertasiya işini Milli Aviasiya Akademiyasında müdafiə etmişdir. 1997-2014-cü illərdə AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət İdarəçiliyinin hüquqi təminatı kafedrasının baş müəllimi və Elmi_Metodiki Şuranın Katibi vəzifələrində çalışmışdır. Müxtəlif illərdə Polis Akademiyasında, Odlar Yurdu, Qərb Universitetlərində, Turizm İnstitutunda, Müasir Təhsil Kompleksində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. TQDK-nın hüquqşünaslıq ixtisası və magistr pilləsi üzrə eksperti, AR Prezidenti yanında Dövlət qulluğu məsələləri üzrə Komissiyanın müsahibə qrupunun üzvü, Ombudsman yanında Məşvərət Şurasının üzvü olmuşdur. 2014-cü ilin yanvar ayında Təhsil Nazirliyinin start verdiyi "Bu günün və sabahın məktəb idarəçiləri-məktəb direktorları" adlı ilk Layihənin qalibi olaraq 51 nəfərlə birlikdə 4 aylıq təlimə qatılmış, yekun müsabiqədə ən yüksək bal toplayanların sırasında müsabiqə yolu ilə təyin olunan ilk 15 məktəb direktorlardan biri olmuşdur, təyinat aldığı Qaradağ rayonunda isə (Ə.Kazımov adına 228 nömrəli tam orta məktəb) ilk müsabiqədən təyin olunan direktor olmuşdur. Reytinq siyahısında Bakı şəhəri üzrə 311 məktəbdən 278-ci, Qaradağ rayonunda isə 25 məktəbdən 17-ci yerdə qərarlaşan Ə.Kazımov adına 228 nömrəli tam orta məktəb Azər Ələkbərovun rəhbərliyi dövründə köklü islahat olunmuş (2014-cü ilin oktyabr və 2017-ci ilin oktyabr ayları), Qaradağ rayonu üzrə 2-ci, Bakı şəhəri üzrə 92-cı yerə qədər yüksələ bilmişdir. Həmin dövrdə məktəb 9 Olimpiada yarımfinalçısı, 4 finalçı, 2 medalçı yetişdirə bilmişdir. 4 məzun 600-dən artıq bal toplayaraq (ən yüksək nəticə 692 bal) Bakı Ali Neft Məktəbinə, ADA Universitetinə, Bakı Mühəndislik Universitetinə və digər nüfuzlu ali təhsil müəssisələrinə qəbul olmuşdurlar. Məktəb Şahin Hərbi idman Oyunlarında 1-ci yer, Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən təşkil olunan Ənənəvi Gül Bayramında 1-ci yer, "Coca-Cola" Futbol turnirində 1-ci yer, Bakı şahmat Birinciliyində 1-ci yer, İntellektual oyun "Nə? Harada? Nə zaman?" və s. yarışmalarda 1-ci yer tutaraq müxtəlif Diplomlara, Kuboklara, Fəxri Fərmanlara layiq görülmüşdür. Ə.Kazımov adına 228 nömrəli məktəbdəki uğurlu fəaliyyətini nəzərə alaraq Təhsil Naziri Azər Adil oğlu Ələkbərovu 2017-ci ilin oktyabr ayından reytinq siyahısında 279-cu yerdə qərarlaşan Sabunçu rayonu Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbə direktor təyin etmişdir. Azər Ələkbərov onlarla elmi məqalələrin və 4 tədris proqramının müəllifidir. "Paris-Sorbonne University" -nin "Təhsil meneceri" ixtisasına yiyələnmişdir. Əlavə olaraq "İKT", "MimioTech", "Kurikulum", "Müasir məktəblərdə qiymətləndirmə" və s. adlı kurslarda və təlimlərdə iştirak edib sertifikatlara layiq görülmüşdür. Evlidir, 2 övladı var.
Əlaqəli xəbərlər
Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirildi.
Əlaqəli xəbərlər
Açıq dərs keçirildi
Əlaqəli xəbərlər
"Gigiyena ve düzgün qidalanma sağlamlığın əsasıdır" mövzusunda seminar keçirildi.
5-ci sinif şagirdlərinin orta təhsil pilləsinə adaptasiyası ilə bağlı seminar keçirildi.
Şagirdlərin bir-birlərinə qarşı münasibətini,sinif daxilində olan vəziyyəti öyrənmək üçün "anonim sorğu" keçirildi.
Bakı şəhəri Firuz Bayramov adına 22 nömrəli tam orta...
© Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi