FƏXRİMİZ

Firuz Əli oğlu Bayramov 26.12.1967-ci il tarixdə Bakı şəhəri Maştağa qəsəbəsi Daş Karxanası adlı yaşayış massivində anadan olmuşdur.

1974-cü ildə Maştağa qəsəbəsi 128 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuşdur. 1984-cü ildə həmin məktəbi bitirmişdir.

1986-1988-ci illərdə Çita vilayətində Ordu sıralarında tank sürücüsü vəzifəsində hərbi xidmətdə olmuşdur. 

Hərbi xidmətini bitirdikdən sonra Bakıya qayıtmışdır. 2708 nömrəli avtoparkda sürücü vəzifəsində işləmişdir.

1990-cı ildə ailə həyatı qurmuşdur və 2 övlad atası olmuşdur.

1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərə qoşulmuşdur.

1993-cü ildə Sabunçu batalyonu yaradıldıqdan sonra bu batalyonla birlikdə Ağdam rayonu Güllücə kəndində gedən döyüşlərdə iştirak etmişdir. Döyüşlərdə qəhrəmanlıq göstərən, mərdcəsinə vuruşan Firuz Əli oğlu Bayramov 1993-cü ilin 31 dekabrında şəhid olmuşdur. 

Maştağa qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Bakı şəhəri Sabunçu rayonu 22 nömrəli tam orta məktəb 2006-cı ildən Şəhid Firuz Əli oğlu Bayramovun adını daşıyır.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi