Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirildi.

03.05.2023 tarixində Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbdə Ümummilli lider, dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Azərbaycan Respublikası Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Sabunçu filialının sədri Məmmədov Səyyaf və Nəzarət-təftiş Komissiyasının sədri Abbasov Rafiq iştirak etdilər.Məktəbin direktoru Azər Ələkbərov, qonaqlar - Səyyaf Məmmədov, Rafiq Abbasov və məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Xanalı Məmmədov  Heydər Əliyevin şəxsiyyəti, onun  fəaliyyəti,Azərbaycan üçün böyük töhfələrindən və Heydər Əliyevlə bağlı xatirələrindən danışdılar. Məktəbin şagirdləri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş şeir, musiqi və vətənpərvərlik mövzusunda mahnılar səsləndirdilər. Sonda tədbirdə iştirak etmiş şagirdlərə diplomlar təqdim edildi. Tədbirin təşkil olunmasında iştirak edən hər kəsə, xüsusilə Təşkilatçı Zemfira Musayevaya və Uşaq Birliyi Təşkilatı Rəhbəri Aynurə Qasımovaya təşəkkürümüzü bildiririk. Allah dahi liderimiz Heydər Əliyevə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi