BİLİK GÜNÜ

15.09.2025-ci il tarixində  Bakı şəhəri R.Baxışov adına 218 nömrəli tam orta məktəbdə “Bilik günü” münasibəti ilə tədbir keçirilib.

Tədbirdə məktəbin müəllim-şagird kollektivi, valideynlər iştirak edib.

 

Tədbirdə məktəbin direktoru Əbülfət Bağırov əlamətdar gün münasibəti ilə iştirakçıları təbrik edib, bu il ilk dəfə məktəbə qədəm qoyan birincilərə təhsillərində uğurlar arzulayıb. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təhsilə və təhsil işçilərinə olduqca böyük diqqət və qayğı göstərildiyini deyən təhsil nazirinin müavini qeyd edib ki, hər il yeni-yeni məktəblər tikilir, təhsilin maddi-texniki bazası, infrastrukturu yenilənir.

218 nömrəli tam orta məktəbin tarixindən söz açan Əbülfət müəllim təhsil ocağının  ölkə təhsilinə öz məzunları ilə böyük töhfələr verdiyini diqqətə çatdırıb.

Həmçinin qeyd olunub ki, ötən tədris ilində məktəbin 50 illik yubileyi qeyd olunub. Məktəbin tarixində bir ilk olaraq məktəbin şagirdi Əyyubov Məhəmməd "Qızıl nişana" layiq görülüb.

 

Tədbirdə digər çıxış edənlər “Bilik günü” münasibətilə məktəb kollektivini təbrik edib.

 

İlk zəng çalındıqdan sonra direktor Əbülfət Bağırov sinif otaqlarında olub, birincilərlə səmimi söhbətlər edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi