QIZIL NİŞAN MƏKTƏBİN TARİXİNDƏ BİR İLKDİR

21.07.2025-ci il tarixində məktəbimizin şagirdi Əyyubov Məhəmməd Ramil oğluna tam orta təhsil haqqında xüsusi nümunəli attestat, qızıl nişan təqdim edildi.
Təqdimat mərasimində məktəbin rəhbərliyi, direktor Əbülfət Zeynaloğlu müəllim, təlim-tərbiyə işləri üzrə direktor müavinləri Səftər Dədəcanov müəllim, Mirismayıl Vahabov müəllim, Şahvəli Babayev müəllim, Sevinc Qasımlı müəllim, həmçinin şagirdin sinif rəhbəri Arzu Mövsümzadə, fənn müəllimləri Səbuhi Şahsuvarov, Aysel Vəlizadə, Aytən Musayeva, valideynlər, şagirdlər iştirak edirdilər.
Qızıl nişan şagirdə təntənəli şəkildə təqdim edildi.
Qeyd edək ki, bu il məktəbimizin yaranmasının 50 illik yubileyidir.
Qızıl nişan məktəbin tarixində bir ilkdir.