BilBacar müsabiqəsi
29.11.2024 tarixində koordinatorun müşaiyəti ilə BilBacar müsabiqəsi keçirildi. Müsabiqənin məqsədi VIII, IX və X siniflərdə təhsil alan şagirdlərin məktəbdə qazandıqları bilik və bacarıqları həyatda istifadə etmək qabiliyyətini inkişaf etdirmək və şagirdləri bu bilik və bacarıqları real həyatda tətbiq etməyə sövq etməkdir.
Bununla əlaqədar olaraq məktəbimizin şagirdləri BilBacar müsabiqəsinin 2-ci seansının “Hazırlıq” və “Yarış” bölmələrində iştirak etdilər.