“İqlim dəyişikliyi və onun reproduktiv sağlamlığa təsiri” mövzusunda tədbir keçirilib

01 noyabr 2024-cü il tarixində məktəbin psixoloqu Gülnarə Cəbrayılova və biologiya müəllimi Nərmin Yolçuyevanın təşkilatçılığı ilə “İqlim dəyişikliyi və onun reproduktiv sağlamlığa təsiri” mövzusunda tədbir keçirilib. Tədbirdə VIII-IX sinif şagirdləri iştirak ediblər.

Daha sonra şagirdlər “İqlim dəyişikliyinin reproduktiv sağlamlığa təsiri”, “Ətraf mühitin uşaqların sağlamlığına təsirinin qiymətləndirilməsi” mövzusunda təqdimatlar nümayiş etdiriblər.

Şagirdlər milli iqlim fəaliyyəti planlarında reproduktiv sağlamlıq sistemlərinin rolu, əhalinin reproduktiv sağlamlığının qorunması istiqamətində qanunvericilik təşəbbüslərinin gücləndirilməsi, iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində çoxtərəfli əməkdaşlıq və s. mövzular ətrafında fikir mübadiləsi aparıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi