Anım günü ilə əlaqədar "Yaşıl sinif" layihəsi

Məktəbimizin 6a sinif şagirdləri bu gün "Yaşıl layihə" çərçivəsində "Yaşıl sinif" təşkil etdilər.Şagirdlər məktəbimizin həyətyanı sahəsində yetişdirdikləri dibçəkləri sinif otağına yerləşdirdilər, onlara qulluq etdilər.Layihəni icra edərkən bu günün tarixini də unutmadılar.Sinif otağına 44 ədəd dibçək yerləşdirdilər. 44 gün davam edən zəfər tariximizin hər gününü xatırladılar, Şəhidlərimizi qürur və minnətdarlıqla hissi ilə andılar .