İbtidai siniflərdə Anım günü tədbirləri keçirildi

27 sentyabr  məktəbdə Anım günü ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilib.Bunlardan biri də ibtidai sinif müəllimləri Qardaşova Nailə, İlham Yəhyayev, Nuridə Əbilova, Kəmalə Məhərrəmzadə, Mehparə Abbasova, Aişən Yunisova, Nigar Mirzəyeva və Vəfa müəllimənin təşkil etdikləri tədbirlər idi.Tədbirlər həm sinif otaqlarında, həm də akt zalında təşkil olunmuşdur.Tədbir iştirakçıları dərin minnət və hörmət hissi ilə Şəhidlərimizi yad etdilər. İbtidai sinif şagirdlərinə müəllimlər tərəfindən 44 günlük müharibə, zəfər yolu, Şəhidlərimizlə bağlı bir sıra məlumatlar, videotəqdimatlar, slaydlar göstərildi. Şagirdlərimizdə vətənpərvərlik, yurda bağlılıq, Şəhidlərimizə dərin ehtiram hissi aşılandı. Tədbirləri məktəb rəhbərliyi, idarə heyəti və aparıcı müəllimlər izlədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi