" Xocalı faciəsinin 28-ci ildönümü" ilə əlaqədar " dəyirmi masa"

25.02.2020-ci il tarixində “ Xocalı faciəsinin 28-ci ildönümü” ilə əlaqədar olaraq T.İ.D.M Aqşin Kazımova və UBR Tural Cəmilovun təşkilatçılığı, kitabxanaçı Afət Mirzəyeva, tarix müəllimləri Taliyə Quliyeva və İradə Qurbanovanın iştirakı ilə “ dəyirmi masa” keçirilmişdir. İlk öncə Xocalı soyqırımında dünyasını dəyişənlərin ruhu 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edənlər ermənilərin tarixən xalqımıza qarşı yeritdiyi məqsədyönlü siyasəti pislənmiş və onların müxtəlif illər ərzində həyata keçirdikləri soyqırımlar haqqında məlumat verilmişdir. Ermənilərin zaman-zaman xalqımıza həyata keçirdiyi soyqırımlar bizi vətənimizdə qaçqın və məcburi-köçkünə çevirmişdir.Şagirdlərə videoçarx gğstərilmişdir. Qeyd olundu ki, çox təəssüf ki, ermənilərin bu vəhşilikləri dünya birliyi tərəfindən kifayət qədər qiymətləndirilməmişdir.

Xocalı faciəsinə tarixi və hüquqi qiyməti ilk dəfə olaraq ulu öndər Heydər Əliyev vermişdir. O, 1997-ci il 25 fevral tarixli sərəncamı ilə Xocalı faciəsinə qiymət vermişdir.Ulu öndər Xocalı faciəsini bəşəriyyətə qarşı yönəlmiş cinayət adlandırmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi