Nailiyyətlərimiz

Məktəbin müəllimləri stolüstü-tennis yarışında III yerə layiq görüldülər03.03.2022-ci il tarixdə Xəzər Rayon Gənclər və İdman İdarəsi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xəzər Rayon Komitəsinin birgə təşkilatçılığı ilə Xəzər rayonu üzrə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin müəllimləri arasında keçirilən stolüstü - tennis yarışında məktəbimizi layiqincə təmsil edən fiziki tərbiyə müəllimi Sahib Aydınov və ingilis dili müəllimi Telli Rüstəmova III yerə layiq görülüblər. Kollektivimiz adından müəllimlərimizi təbrik edir, uğurlar arzulayırıq.

Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş rəsm müsabiqəsində məktəbin şagirdi Xəzər rayonu üzrə I yerə layiq görüldüXəzər rayonu üzrə “Xocalı faciəsinin 30-cu ildönümü” nə həsr olunmuş rəsm müsabiqəsi keçirildi. Müsabiqəyə məktəbin IX sinif şagirdi Böyükişiyeva Sona öz rəsm əsərini təqdim etdi. Münsiflər tərəfindən yüksək balla qiymətləndirilən şagirdin rəsm əsəri rayon üzrə I yerə layiq görüldü. Məktəb rəhbəri Böyükişiyeva Sonaya bundan sonrakı fəaliyyətində uğurlar arzu etdi.

Məktəbin şagirdi Muay Thaı idman növü üzrə Avropa çempionunda I yerə çıxdıFevral ayında Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində 12-13 yaşlı yeniyetmələr arasında Muay Thaı idman növü üzrə Avropa çempionatı keçirildi. Həmin çempionatda məktəbin 8 “b” sinif şagirdi Həsənov İzzət öz uğurlu çıxışı ilə ölkəmizi layiqincə təmsil etdi. Belə ki, Həsənov İzzət Avropa çempionu olaraq I yerə layiq görülmüşdür. Şagirdimizi təbrik edir, ona yeni uğurlar arzulayırıq.

HAQQIMIZDA

Bakı şəhəri 216 nömrəli tam orta məktəbin yeni binası 2020-2021ci tədris ilində istifadəyə verilib. Məktəb Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib. Məktəbdə 24 sinif otağı, 10 fənn kabineti, qapalı və açıq idman meydan...

BİZİM FƏXRLƏRİMİZ

Rəvanə Yusubova Alim

Hüseyn Sadıqov Vaqif

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi