Nailiyyətlərimiz

Məktəbin şagirdi Həsənov İzzət Muay Tay idman yarışı üzrə Dünya Çempionatında III yerə layiq görülmüşdürMəktəbin şagirdi Həsənov İzzət Elməddin oğlu 48 kq çəki dərəcəsində, 14-15 yaş kateqoriyasında Malaziyanın Kuala Lumpur şəhərində keçirilən Muay Tay idman yarışı üzrə Dünya Çempionatında ölkəmizi layiqincə təmsil edərək III yerə çıxaraq bürünc medala layiq görülmüşdür.Şagirdimizi təbrik edir və uğurlar arzulayırıq!

Aşıq Ələsgər və Azərbaycan folkloru mövzusunda müsabiqədə məktəbin şagirdləri tərifnaməyə layiq görüldüBildiyimiz kimi Bakı Şəhər Təhsil İdarəsi tərəfindən “Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda müsabiqə keçirilmişdir. Müsabiqədə öz çıxışları ilə mükafata layiq görülən məktəbimizin şagirdləri İsmayılova Rüqəyyə və Tapdıq Kərəm 11.03.2022-ci il tarixdə mükafatlandırılma mərasimində nömrələri ilə yenidən çıxış etdilər. Rəhbərlik tərəfindən hazırlanan proqrama daxil edilən Həcər xanımın Aşıq Ələsgərlə hikmətamiz mövzuda deyişməsi Bakı Şəhər Təhsil İdarəsi tərəfindən xüsusi qiymətləndirilmişdir. Belə ki, şagirdlərin hər birinə BŞTİ tərəfindən tərifnamələr və kitablar təqdim olundu.

Məktəbin şagirdi rəsm müsabiqəsində Bakı şəhəri üzrə II yerə layiq görüldüXocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Xocalı harayı” adlı rəsm müsabiqəsində Bakı şəhəri üzrə II yer tutan məktəbin şagirdi Böyükişiyeva Sona Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən mükafatlandırıldı. Şagirdimizi təbrik edirik.

HAQQIMIZDA

Bakı şəhəri 216 nömrəli tam orta məktəbin yeni binası 2020-2021ci tədris ilində istifadəyə verilib. Məktəb Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib. Məktəbdə 24 sinif otağı, 10 fənn kabineti, qapalı və açıq idman meydan...

BİZİM FƏXRLƏRİMİZ

Tural Şükürzadə Səyyad

Nuriyev Emin Saleh

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi