MUSİQİ ALƏTLƏRİ MAKETİ

Qeyd etdiyimiz kimi, aprel ayının ilk günlərindən “Musiqi alətləri maketi” layihəsi start verilmişdir. Sənətə və musiqiyə sevgini əks etdirən bu unikal layihə şagirdlər tərəfindən böyük maraqla qarşılandı.
Layihənin məqsədi:
Musiqi alətləri haqqında biliklərinizi artırmaq
Əl işləri və sənətkarlıq bacarıqlarınızı inkişaf etdirmək
Azərbaycan və dünya musiqi irsini daha yaxından tanımaq
Əyləncəli və yaradıcı fəaliyyətlə məşğul olmaq
Ayın sonunda ən yaxşı maketin sahibi rəhbərlik tərəfindən təltif ediləcək.