ŞAGİRDİMİZİN UĞURU

Məktəbimizin IX “d” sinif şagirdi Allahverdiyeva İnci “Əlaçı” televiziya layihəsinin seçim turunda iştirak etdi. Test üsulu ilə keçirilən müsabiqədə şagirdlərə bütün fənləri əhatə edən 50 açıq sual təqdim edildi. Şagirdimiz ilk mərhələdən uğur qazanaraq növbəti mərhələyə keçid almışdır.
Müsabiqənin yekunlarına görə, ən yüksək nəticə göstərən şagirdlər yaxın günlərdə “Əlaçı” televiziya layihəsinin çəkilişlərində iştirak edəcək.
Layihənin əsas məqsədi şagirdlər arasında sağlam rəqabəti artırmaq və öyrənilən bilikləri yoxlamaqdır.
Şagirdimizi təbrik edir, növbəti mərhələdə uğurlar arzulayırıq.