BİLİK GÜNÜ

    16.09.2024-cü il tarixində Ramiz Qasımov adına 216 nömrəli tam orta məktəbdə “Bilik Günü” münasibətilə tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.

    “Bilik günü”nə həsr edilmiş tədbiri giriş sözü ilə açan direktor Səidə Rəhimova məktəbin 2023-2024-cü tədris ilində əldə etdiyi uğurlardan danışdı, şagird və müəllim kollektivinə yeni tədris ilində uğurlar arzuladı.

    Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla və birincilərin ifasında şeirlərlə davam etdirildi. Daha sonra “İlk zəng"in səslənməsi ilə şagirdlər siniflərə daxil olaraq yeni dərs ilinə başlanıldı.

    Yeni tədris iliniz mübarək!

#fəalməktəb

#VirtualMəktəb

#15sentyabr

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi