PEDAQOJİ ŞURA

    04.09.2024-cü il tarixində Ramiz Qasımov adına 216 nömrəli tam orta məktəbdə 2024-2025-ci tədris ilinin ilk pedaqoji iclası keçirildi. Məktəbin direktoru keçən tədris ilindəki nailiyyətlərdən danışaraq pedaqoji kollektivə yeni tədris ilində uğurlar arzuladı.

    Daha sonra sertifikasiyadan uğurla keçən müəllimlərimizi təbrik etdi, MİQ imtahanlarından keçərək məktəbimizə təyin olunan yeni müəllimləri pedaqoji kollektivə təqdim edərək onlara müvəffəqiyyətlər arzuladı.

    İclasın gündəliyində 2023-2024-cü tədris ilinin yekunu və növbəti tədris ilində qarşıda duran vəzifələr, təlim-tərbiyə prosesinin təşkili, kafedra və sinif rəhbərlərinin seçilməsi, illik planlaşdırma, müəllim-şagird-valideyn münasibətlərinin tənzimlənməsi, valideyn iclaslarının keçirilməsi, məktəbdə olan yeniliklər müzakirə olundu. İclasda qarşıda duran vacib məsələlərlə bağlı qərar qəbul edildi. Müəllimlərə müvafiq tövsiyələr və tapşırıqlar verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi